Eli Krupi qeyri müəyyən müddətə sıradan çıxıb

30.07.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Bornmut" hücumçu Eli Krupinin Avstriyada mövsümöncəsi məşq zamanı aldığı ayaq zədəsindən sonra uğurla əməliyyat olunduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, 20 yaşlı futbolçu bu həftənin əvvəlində əməliyyat üçün Böyük Britaniyaya qayıdıb və qeyri-müəyyən müddətə sıradan çıxıb. Hücumçuya reabilitasiya dövründə klubun tibbi və idman heyəti dəstək olacaq.

"Klubdakı hər kəs Eliyə uğurlar arzulayır və onun meydana qayıtmasını səbirsizliklə gözləyir", - deyə komandanın açıqlamasında bildirilir.

Keçən mövsüm Krupi bütün yarışlarda 35 oyunda iştirak edib və 13 qol vurub. O, 2025/26 mövsümündə klubun Premyer Liqada ən çox qol vuran oyunçusudur.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью