Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək YENİLƏNİB

18.03.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani martın 21-də dəfn olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Laricani Məşhəddə - İmam Rza hərəminin ətrafında dəfn ediləcək.

***

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, Tehranın İnqilab meydanında Laricani ilə yanaşı, “Bəsic” qüvvələrinin komandanı Qulamrza Süleymani ilə də vida mərasimi keçirilir.

Qeyd edək ki, Laricani və Süleymani İsrailin aviazərbələri nəticəsində öldürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью