Əli Laricaninin ölümü ilə bağlı qardaşından dəhşətli ifadələr

25.04.2026

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

İranın Fundamental Elmlər İnstitutunun rəhbəri və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin qardaşı Məhəmməd Cavad Laricani qardaşının ölümü ilə bağlı dəhşətli detallar açıqlayıb.
Sitat.info xəbər verir ki, o, Laricaninin bədəninin tamamən parçalandığını deyib.

Onun sözlərinə görə, Əli Laricaninin cəsədi hava hücumu nəticəsində ağır şəkildə parçalanıb.
“Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı”, – deyə Məhəmməd Cavad Laricani bildirib.
Xatırladaq ki, Əli Laricani martın 17-si səhər saatlarında ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri fonunda baş verən hücum zamanı həlak olub.

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью