Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik"Prezident İlham Əliyev
Dövlət başçısı deyib ki, bu il yanvarın birindən minimum maaş və pensiya artırılıb.
Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident həmçinin qeyd edib ki, iqtisadi imkanlar artdıqca, daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə daim diqqət göstəriləcək: "Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir.
Yəni Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar.
Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub".
Ölkə rəhbəri qeyd edib ki, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib: "Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır".
Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlət başçısı deyib ki, uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük: "Yəni onlar da reallıqları inkar edə bilməzlər.
Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər.