Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına CAVAB | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar Institutunun rəhbəri Əli Məsimli “Ramiz Mehdiyev işi” ilə bağlı açıqlama yayıb və onu ittiham edən ADP sədri Sərdar Cəlaloğluna cavab verib.
Modern.az Musavat.com-a istinadən xəbər verir ki, deputatın rəhbərlik etdiyi İqtisadi və Sosial İnnovasiyalar Institutunun yaydığı məlumatda bildirib ki, bu ilin oktyabrında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Cinayət Məcəlləsinin bir sıra ağır maddələri, o cümlədən dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər maddəsi ilə ittihamın irəli sürülməsi ölkədə böyük əks-səda yaradıb: “”Ramiz Mehdiyevin işi” ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli barəsində 2 ay 15 günlük həbs qətimkan tədbirinin seçilməsi bu məsələ ətrafında müzakirələri daha da gücləndirib.
Proses hələ başa çatmayıb və onun gedişində təbii surətdə istintaqa cəlb olunanlar, ifadəsi alınanlar və s. var.
Eyni zamanda mövzu ətrafında gedən müzakirələrdə müxtəlif səpgilərdə xeyli adamın adları da hallandırılır.
“Ramiz Mehdiyevin işi” ilə bağlı irəli sürülən ittihamlar sıradan bir ittiham olmadığından, bunu təbii hal hesab edilə biləcək tərəfi ilə yanaşı, yayındırıcı xarakterli tərəfləri də var.
Bu kontekstdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Media Türk TV-yə müsahibəsində Əli Kərimlinin müavinləri olmuş Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli və digərlərinin Əli Kərimlinin hakimiyyətin müxtəlif qolları ilə əlaqə yaratmasında vasitəçi olması barədə fikirləri ilə əlaqədar bildirirəm ki, mən heç vaxt Əli Kərimlinin müavini olmamışam.
Əksinə, Azərbaycan Xalq Cəbhəsi bütöv olan vaxtlarda digər müavinlərlə yanaşı, Əli Kərimli də, mən də AXCP sədri Əbülfəz Elçibəyin müavinləri olmuşuq.
Tam oxu
Xəbəri oxu