Əli Mirəliyev: Onun bizdən başqa heç kimi yox idi

17.08.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün mərhum Xalq artisti İlhamə Quliyevanın ad günüdür. Yaşasaydı, bu gün 72 yaşı olacaqdı.

Müğənninin yaxın qohumu Əli Mirəliyev Qaynarinfo-ya açıqlamasında hər il İlhamə Quliyevanın ad günün qeyd etdiyini bildirib:

"Həmişə avqustun 16-da gedib onun məzarını ziyarət edirəm. 17-də isə ailə üzvlərimiz, qohumlarımız gedir. İlhamə xanım özü olmasa da, həmişə bizim qəlbimizdədir. Həmişə onun ad günündə bir yerdə yığışardıq. Çünki İlhamə xanım nəvəmlə eyni gündə doğulub. Biz həm İlhamə xanımın, həm də nəvəm İbrahimin ad günün qeyd edirik. Onun bizdən başqa heç kimi yox idi".

Əli Mirəliyev İlhamə Quliyevanın məzarını ziyarət edənlərin az olduğunu qeyd edib:

"Heç kim getmir. Qəbiristanlıqda qəibirlərə baxan nəzarətçidən soruşuruq, deyir heç kimi görmürəm. Bacıları hərdən bir gedir. Oğlunun taleyindən isə xəbər yoxdur".

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva 2016-cı ildə vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью