“Əli Nur atamın ölüsünə, ailəmə dil uzatdı” | Icma.az
Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Əli Nur oğlu şəhid olmazdan əvvəl də əsəbi olub, danışanda səsini qaldırıb, teatrda hamı onun xasiyyətini bilir.
Nəyin kini, davasıdır ki, ayağı boyda uşağa bu sözləri deyib?".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz "Künc-bucaq" yutub layihəsində deyib.
O, Xalq artisti Əli Nurun onun və mərhum atası, Xalq artisti Ramiz Novruzla bağlı dediklərinə cavab verib: "Mədəniyyət nazirliyindən nümayəndələr atamın dəfninə gəldi və yasın bütün xərcini öz üzərinə götürdü.
Əminəm ki, Əli Nur müsahibəmə özü baxmayıb. Demişəm ki, Əli Nur danışdı, mədəniyyət nazirliyinə səsləndi, amma orada nümayəndələr var idi.
Sabahı gündə dediklərini dandı. Mən ona görə dedim ki, nümayəndələr var, danışmaq lazım deyildi. Deməmişəm, niyə gəlib? Dəliyəm belə deyim?
Camaat məni yıxıb-sürüyür. Əli Nur insanları necə bu qədər inandırıb? Deyir ki, mən gəlməsəydim cəsəd ortalıqda qalmışdı.
Tam oxu
Xəbəri oxu