Əli Səttar Quliyev işdən çıxdı Nazirdən yeni təyinat

27.04.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyev vəzifəsindən ayrılıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.

Qeyd edilib ki, Əli-Səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.

"Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir", deyə qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью