Əli Xameneyinin dəfn mərasimi bu tarixdə keçiriləcək... RƏSMİ

04.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İran rəsmiləri İslam Respublikasının keçmiş lideri Əli Xameneyinin dəfn mərasiminin qəməri təqvimi ilə Zilqədə ayının sonunda, Məhərrəm ayının başlanğıcı ilə eyni vaxtda(təxminən iyunun 15-16-da-S.L.) Tehran, Qum və Məşhəd şəhərlərində keçiriləcəyini elan ediblər.

Moderator.az bu haqda yerli telegram-kanallara istinadla məlumat yayır.

Tehran bələdiyyəsinin sədrinin sosial məsələlər üzrə müavini Məhəmməd Əmin Təvəkkülizadə bildirib ki, əsas mərasim Tehranda keçiriləcək və onun idarə olunmasına İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavabdehdir.

O, həm də Tehrandakı mərasimdə "15-20 milyon insanın" iştirak edəcəyinin proqnozlaşdırıldığını xəbər verib.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью