Əli Yerliqaya Gürcüstandadır: geniş tərkibli görüş oldu

25.09.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Gürcüstanın daxili işlər naziri Geka Geladze Gürcüstanda rəsmi səfərdə olan Türkiyənin daxili işlər naziri Əli Yerliqaya ilə geniş tərkibdə görüş keçirib.

Axar.az xəbər verir ki, nazirlər Gürcüstan və Türkiyə hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığını müzakirə ediblər.

Görüşdə Türkiyə Milli Polisinin rəisi Mahmud Dəmirdaş, Gürcüstanın daxili işlər nazirinin birinci müavini Roland Mesxi, müavinlər Aleksandr Daraxvelidze, Şalva Tadumadze, Georgi Buntxuzi, Mariam Tabatadze və nazirliyin digər yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью