Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Kulis.az Əliağa Vahid haqqında materialı təqdim edir.
Əliağa Vahid nə vaxt və harada doğulub? Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub.
O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir.
Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b.
şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazıb, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib.
Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə, "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.