Elias Xaralambous: Bəxtimiz gətirdi İdman və Biz

24.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Bu oyunda çox əziyyət çəkdik".

İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçirilən "Qarabağ" – FCSB (Rumıniya) matçından sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elias Xaralambous deyib.

Kiprli mütəxəssis qələbənin qazanılmasında bəxt amilinin də rol oynadığını vurğulayıb: "Qələbə görə sevinirik və oyunçularıma təşəkkür edirəm. Vacib olan üç xalı qazandıq. Sözün əsl mənasında əziyyət çəkdik və qarşılığını gördük. Futbolda bəxt amili də çox önəmlidir. Bizim bu gün bir qədər bəxtimiz də gətirdi"

Qeyd edək ki, "Qarabağ"la matç FCSB-nin 3:2 hesablı qələbəsi ilə bitib.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью