Əlibala Məhərrəmzadənin “Fətəli” romanı və filmi təqdim olundu Foto

28.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin “Fətəli” adlı tarixi romanının və eyniadlı bədii-sənədli filminin təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, incəsət xadimləri, kino sahəsinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 

Çıxışlarda əsərin Azərbaycan tarixinin öyrənilməsi və təbliği baxımından əhəmiyyəti, tarixi şəxsiyyətlərin müasir texnologiyaların, o cümlədən süni intellektin imkanları ilə ekranlaşdırılması məsələləri diqqətə çatdırılıb.


Akademik, deputat Ziyad Səmədzadə isə romanın milli dəyərlərin qorunması və Azərbaycan tarixinin obyektiv şəkildə təqdim olunması baxımından əhəmiyyətini qeyd edib.
Filmin rejissoru, məşhur "Kurtlar vadisi" serialının prodüseri Məcid Gülən tarixi obrazların yaradılması, kostyum və dekorların hazırlanması prosesindən danışaraq layihənin yaradıcı heyət üçün maraqlı və zövqlü təcrübə olduğunu bildirib.
Yazıçı, şair və kinodramaturq İlqar Fəhmi isə film çəkilişləri zamanı Quba xanlığının bayrağının aşkarlandığını və yaradıcı heyətin onu Milli Azərbaycan Tarix Muzeyinə təhvil verməyi qərara aldığını açıqlayıb.

Milli Məclisin komitə sədri Hicran Hüseynova tarixi şəxsiyyətlər və yaşadıqları dövr haqqında əsərlərin yazılmasının əhəmiyyətini vurğulayıb.


Akademik, deputat Ziyad Səmədzadə isə romanın milli dəyərlərin qorunması və Azərbaycan tarixinin obyektiv şəkildə təqdim olunması baxımından əhəmiyyətini qeyd edib.
Deputat Əlibala Məhərrəmzadə müəllifi olduğu kitab və film haqqında Bizim.Media-ya danışaraq əsərin ideyasından söz açıb. Həmçinin, deputatlar Məlahət İbrahimqızı və Jalə Əliyeva təqdimatla bağlı fikirlərini bölüşüb.


Günay Şahmar, Tural Xəlil, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью