Əlibasovun oğlu onuncu dəfə evlənib

12.05.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyalı prodüser və "Na-Na" qrupunun yaradıcısı Bari Əlibasovun oğlu onuncu dəfə evlənib.

BAKU.WS xəbər verir ki, bu barədə NTV kanalında "Zvezdy soshlis" verilişinin efirində o özü danışıb.

Əlibasovun oğlunun onuncu seçimi Arina adlı Rusiya şahmat çempionudur. 

Cütlük arasında hisslər şahmat oyunu zamanı yaranıb.

"Əvvəlcə ona təklif etdim: gəlin uşaq sahibi olaq, sonra baxarıq evlənək, ya yox. Bu çox vacibdir", - deyə Əlibasov bildirib.

Qeyd olunub ki, Əlibasovun oğlu xanımı yeddi aylıq hamilə olanda ona evlənmə təklifi edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью