Əlil oğul onu ələ salan atasını öldürdü

20.11.2024

Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əlil oğul onu ələ salan atasını öldürdü

Tatarıstanda oğul atasını qətlə yetirib.

Sonxeber.az Lent.az-a istinadla bildirir ki, hadisə Ağrız rayonunda baş verib. Oğul qolundan zədə alıb və ikinci qrup əlil olub. Ev işlərində atasına kömək edib.

Sərxoş ata oğlunun əlil olmasını növbəti dəfə ələ salanda oğlu onu təpikləyib yerə yıxıb. Sonra atasını döyməyə davam edərək, qabırğalarını sındırıb və sifətinə ağır xəsarətlər yetirib. Çarpayıya uzanan ata ölüb.

Hakim təqsirləndirilən şəxsin əlilliyini, ailə münasibətlərinin pis olmasını, təqsirini boynuna aldığını nəzərə alaraq, ona 5 il sınaq müddəti verilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, atası əvvəllər də əlil olması barədə zarafat edib. Bu zaman isə onu ayağından bıçaqlayıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью