Əlilə məcburi ərə verildi, körpəsi bətnində öldü 12 yaşlı qızın dəhşətli həyat hekayəsi | …
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşında məcburi ərə verilib.
Ölkə.az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün "Facebook" hesabında azyaşlının kədərli həyat hekayəsini paylaşıb: "Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır.
12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir.
Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır.
Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.
Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır.
Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir.
Tam oxu
Xəbəri oxu