Əlillik almaq üçün bu tələb ləğv olundu

23.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edilib.

“Yeni Sabah” xəbər verir ki, dəyişiklik Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarda öz əksini tapıb.

Belə ki, indiyədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-sosial ekspert komissiyasının qərarında vətəndaşın sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş də yer alırdı. İnternet mağaza

Yeni qərarla artıq bu tələb aradan qaldırılıb.

Beləliklə, bundan sonra tibbi-sosial ekspert komissiyasının qərarında sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş tələb olunmayacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью