Əlillik pensiyaları ilə bağlı Nazirlikdən VACİB AÇIQLAMA

08.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-sentyabr aylarında 40 minə yaxın şəxsə əlillik təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə 16,3 min şəxsə ilkin, 23,6 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Dominos pizza

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən həyata keçirilir. Qiymətləndirmə tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilən göndərişlərdəki məlumatlar əsasında aparılır.

Əlillik təyinatından sonra isə əlilliyə görə sosial ödənişlər elektron sistem üzərindən proaktiv qaydada təyin edilir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью