Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Əlilliyin müəyyən edilməsi üçün müraciət edən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri də müayinədən və sənədlərin təqdim edilməsindən sonra qərarın nə vaxt açıqlanmasıdır.
Xüsusilə Forma 88 təqdim edildikdən və ya əyani müayinə aparıldıqdan sonra nəticənin neçə gün ərzində məlum olması ilə bağlı suallar yaranır. Əlilliyin müəyyən edilməsi üçün müraciət edən şəxsin Forma 88-i təqdim edildikdən və ya əyani müayinə aparıldıqdan sonra nəticə barədə şəxsə neçə gün ərzində məlumat verilir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsilə bağlı qərar 10 iş günü, əlavə araşdırma tələb olunduğu hallarda isə 15 iş günü ərzində qəbul edilir:
“Yeri gəlmişkən, vətəndaşlar əlilliyin qiymətləndirilməsilə bağlı qərarı mobil nömrəyə göndərilən sms, my.gov.az saytı, 142 çağrı mərkəzi eləcə də, Dövlət Tibbi-Sığorta və Ekspertiza Agentliyinin sosial şəbəkə hesabları vasitəsilə öyrənə bilərlər”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin