Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

27.11.2024

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Vətəndaş heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o, müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır”, – deyə nazir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью