Əlilliyi olan 120 dən çox gənc yeni peşələrə yiyələnir

25.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir.

"Cebheinfo.az" xəbər verir ki, mərkəzə 15-35 yaşlı əlilliyi olan şəxslər qəbul olunur. 

Onlar burada müxtəlif peşələr (kompüter montajı, montajçı operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma, kişi bərbəri və s.) üzrə 3-6 aylıq hazırlıq kurslarında yeni bacarıqlar qazanır, həmçinin sosial reabilitasiya xidmətlərindən yararlanırlar.

Müəssisəyə qəbul olunan gənclər burada dövlət hesabına yataqxana, yemək, reabilitasiya xidmətləri ilə də təmin olunurlar.

Kursları uğurla bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir və yeni yiyələndikləri peşələr üzrə işlə təminat sahəsində də dəstək göstərilir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью