Əlilliyi olan 8,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub

04.12.2024

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində əlilliyi olan 8,1 min şəxsə kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə aktivlər verilərək, onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verir. Onlar üçün ilk mərhələdə təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью