Əlilliyi olan şəxslər üçün yeni sənəd HAZIRLANDI

31.01.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əlilliyi olan şəxslərə müyəssər şəraitin yaradılması üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, artıq qeyd olunan məsələləri tənzimləyən yeni normativ sənədin - "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları" layihəsi hazırlanaraq başa çatdırılıb.

"Hazırda həmin layihənin aidiyyəti qurumlarla razılaşdırılması işləri həyata keçirilir. Məlumat üçün bildirək ki, yeni sənədin layihəsi hazırlanarkən beynəlxalq təcrübə ilə yanaşı, Əlil Təşkilatları İttifaqının da təklifləri nəzərə alınıb".

Xatırladaq ki, gələn il Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Günü Azərbaycanda keçiriləcək.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью