Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi: Bu bizim üçün böyük motivasiyadır AZƏRTAC

03.12.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 dekabr, AZƏRTAC

“İlk dəfədir ki, əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinə qatılıram və birinci yerin qalibi oldum. Buna görə də özümü xoşbəxt hiss edirəm”.

Bunu AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qalibi Gülnarə Abbasova deyib.

G. Abbasova müsabiqədə muncuqlarla toxuan suvenir nominasiyası üzrə qalib olduğunu bildirib. Bildirib ki, muncuqdan güzgü, xına mərasimi üçün gəlin səbəti, şamdan və çanta hazırlayıb: "Belə bir müsabiqənin keçirilməsi və yeni işlərə imza atmaq bizim üçün böyük bir motivasiyadır. Növbəti müsabiqədə də iştirak etməyi planlaşdırıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью