Əlilliyin qiymətləndirilməsi yeni qaydada həyata keçiriləcək

06.10.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Əlilliyin qiymətləndirilməsi yeni qayda həyata keçiriləcək.

"Unikal"ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na edilən dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasındanimtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью