Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əlilliyi olan vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də onlara təyinat üçün hansı hallarda göndərişin verilməsidir.
“Cebheinfo.az” xəbər verir ki, TƏBİB bununla bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasına əsasən göndəriş verilməsi üçün 5 əsas müəyyən edilib:
- Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;
- Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, lll, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyi həmçinin 12 nömrəli qərarın 1 nömrəli əlavəsində qeyd olunan diğər xəstəliklərin olması (göndəriş 1-ci bənddə göstərilən müddət gözlənilmədən verilir);
- Əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin 12 nömrəli qərarın 2 nömrəli əlavəsində qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi;
- Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi;
- Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı (azalma, artırılma, ləğv edilmə) Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin