“Əlim, başım, yaddaşım hamısı yerindədir” Nazim səhhətindən danışdı | Icma.az
Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Əlim, başım, yaddaşım hamısı yerindədir” - Nazim səhhətindən danışdı “Başıma gələn bu hadisə saniyələr içində oldu.
Özümdən getmişdim, yıxılmışdım. Gözümü açanda yəni ayılanda artıq xəstəxananın reanimasiya şöbəsində idim.
Nə baş verdiyini heç özümdə bilməmişdim”. Bu sözləri “Faytonçu” ləqəb ilə məşhurlaşan müğənni Nazim Pişiyarı OLAY-ın əməkdaşı ilə söhbətində
Sənətçi başına gələn hadisəni bu cür nəql edib: “Bir sözlə salamat qutardım. Həkimlər mənə işemik insult diaqnozunu qoydular.
Amma əzalarım yəni əlim, qolum, başım, beynim, yaddaşım hamısı yerindədir. Problemim yoxdur.
Deyim ki, haramsa əzilib və ya əyilib kimi şeylər yoxdur. Sağlam və salamatam. Hər şey qaydasındadır.
Xalqımızın və insanların duaları mənə kömək oldu. Ən əsası göydəki Allahdır”.
Tam oxu
Xəbəri oxu