Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu belə danışıb:
"Rəqib güclü komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Bakıda oynadığımıza görə şansların 50-nin 50-yə olduğunu düşünürəm. Əlimizdən gələni edəcəyik ki, baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirək".
Qeyd edək ki, Azərbaycan - Macarıstan qarşılaşması sabah "Liv Bona Dea Arena"da reallaşacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək.