“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, gənc mütəxəssis komandanın toplanışdakı hazırlığından və futbolçuların əzmindən razı qaldığını bildirib:

“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Oktyabrın 6-da “Əlincə Arena”da baş tutacaq Azərbaycan (U-21) – Cəbəllütariq (U-21) görüşü Bakı vaxtı ilə saat 17:45-də start götürəcək. Qarşılaşma “İdman TV” kanalı vasitəsilə canlı yayımlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью