Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məktəb direktorlarının işə qəbulu zamanı namizədlər müsahibə mərhələsindən narazılıq edirlər.
Bu narazılıqları aradan qaldırmaq üçün müsahibə mərhələsi ləğv oluna bilərmi?
Bu barədə təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, məktəb direktorlarının işə qəbulunun istər test, istər müsahibə mərhələsi düzgün aparılmır: "Məktəb direktorlarının birinci növbədə pedaqoji və psixoloji bilikləri, sonra qanunvericiliyi, daha sonra isə idarəetmə bacarıqları yoxlanmalıdır.
Məktəb direktorunu 10-20 testlə yoxlamaq mümkün deyil. Təhsilin idarə edilməsi ilə bağlı hüquqi normativ sənədlər iki hissəyə bölünür: təhsi
Məktəb direktorlarının böyük əksəriyyəti, istər yeni təyin olunanların, istər əvvəlkilərin tədris prosesini tənzimləyən hüquqi normativ sənə
Ümumilikdə 50-60 testlə məktəb direktorunu seçmək absurddur.
Birinci növbədə, məktəb direktoru müəllimlərin müəllimidir, onun pedaqoji və psixoloji bilikləri yoxlanmalıdır.