Icma.az, Axsham.az saytına istinadən bildirir.
Türkiyəli aktrisa Hayal Köseoğlu hər hansı layihədə rol almaq üçün küçəyə plakatla çıxıb.
Axşam.az xəbər veirr ki, aktrisa son olaraq "Bahar" serialında rol alıb. Layihə mövsümün ortasında final etdikdən sonra Köseoğlu yeni işdə çəkilməyib.
Aktrisa küçəyə çıxaraq əlində plakat tutub və müstəqil filmlərdə rol almaq istədiyini bildirib. Pankartda belə yazılıb:
"Dörd il aktyorluq təhsili almışam! "Altın koza" mükafatım var! Məni müstəqil filmlərdə də oynadın! Çox darıxmışam!".
Qeyd edək ki, müstəqil film böyük kino studiyalarından kənarda, daha az büdcə ilə çəkilən və əsasən bədii yanaşması ilə seçilən layihələrə deyilir. Bu filmlər adətən kommersiya məqsədindən çox sənət məzmunlu olur.