Elisa Spiropali ölkəmizə gəldi

15.11.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Albaniya Parlamentinin sədri Elisa Spiropali COP29-da iştirak etmək üçün noyabrın 15-də Azərbaycana səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti iştirak edəcək.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью