Əlisəmid Kürün səhhəti pisləşdi

16.09.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


"Atam reanimasiyadadır. Dünən əvvəlcə Sabunçu rayon xəstəxanasına, axşam saatlarında isə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib".

Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib.

Aynur Mehdiyevanın sözlərinə görə, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir.

"Vəziyyəti yaxşı deyil" - şairin qızı əlavə edib.

Şairin yaxın dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Umud Rəhimoğlu bildirib ki, Əlisəmid Kürün vəziyyəti 2 aydır pis idi, evdə müalicə alırdı.

Onun sözlərinə görə, şairin səhhətində ciddi problemlər var və təcli müalicəyə ehtiyac var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью