Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Qorqud Cəfər atası Əlisəmid Kürün şeirlərindən ibarət kompozisiyalar hazırlayıb.
Kulis.az xəbər verir ki, kompozisiyalar "Youtube" platformasında paylaşılıb.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Ona qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunub.
Şair hazırda evə buraxılıb. Vəziyyəti ağır qiymətləndirilir.