Əlisəmid Kürün son vəziyyəti Qızından AÇIQLAMA

26.09.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, şair Əlisəmid Kürün (Cəfərli) səhhəti sentyabrın 15-də pisləşib və o, qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə hazırda Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alır.

Şairin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

Azərbaycanın bir qrup ictimai və ədəbiyyat xadimi Əlisəmid Kürün müalicəsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıb.

Müraciətdə şairin müalicəsinin Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülməsi xahiş olunur.

Əlisəmid Kürün qızı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, şairin vəziyyəti ağır stabil olaraq qalır.

O qeyd edib ki, atası hazırda reanimasiyadadır:

“Vəziyyəti ağır stabildir. Hazırda reanimasiyadadır, Respublika Klinik Xəstəxanasında müalicə olunur. Heydər Əliyev Fonduna müraciət edilib, gözləyirik. Görək necə olacaq. Mədəniyyət Nazirliyi atamı Respublika Klinik Xəstəxanasına köçürüb. Yəni nazirliyin və Yazıçılar Birliyinin nəzarətindədir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью