Əlişir Nəvai Beynəlxalq Mükafatı TDTyə verilir

06.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatı Türk Dövlətləri Təşkilatına (TDT) veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında qərar imzalanıb.

İclasda, həmçinin xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” da imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью