Əlişir Nəvai Beynəlxalq Mükafatı TDTyə verilir

06.11.2024

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatı Türk Dövlətləri Təşkilatına (TDT) veriləcək.

Sfera.az xəbər verir ki, bu barədə noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında qərar imzalanıb.

İclasda, həmçinin xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” da imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью