Əlişir Nəvai Beynəlxalq Mükafatı TDTyə verilir

06.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatı Türk Dövlətləri Təşkilatına (TDT) veriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında qərar imzalanıb.

İclasda, həmçinin xarici işlər nazirləri tərəfindən “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” da imzalanıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью