Əlişir Nəvainin Əfqanıstandakı abidəsi sökülüb

21.08.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Özbəkəsilli şair, filosof Əlişir Nəvainin Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən abidəsi sökülüb.

Oxu.Az bu barədə "Sputnik Özbəkistan"a istinadən məlumat verib.

Məsələ ilə əlaqədar Özbəkistanın Xarici İşlər Nazirliyi Əfqanıstan tərəfindən izahat tələb edib.

Əfqanıstan rəsmiləri abidənin yerləşdiyi əvvəlki ünvanın mütəfəkkirin xatirəsinə uyğun gəlmədiyini əsas gətirərək, onun yerinin dəyişdiriləcəyini bildiriblər. Rəsmi Kabil Özbəkistan tərəfini əmin edib ki, Əlişir Nəvainin abidəsi yeni ərazidə ucaldılacaq və orada salınacaq meydana şairin adı veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью