Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nadir Əzimovun səhhətində problem yaranıb.
"Cebheinfo.az"ın əldə etdiyi məlumata görə, bəstəkar səhhətində yaranan narahatlıq səbəbindən Yeni Klinikaya müraciət edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Nadir Nəriman oğlu Əzimov ölkənin tanınmış bəstəkarlarından biridir.
O, "Simfonik lövhə" (1990), tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə" (1991), fortepiano üçün "Variasiyalar" (1993) kimi musiqi əsərlərinin müəllifidir. Nadir Əzimov, həmçinin Azərbaycan estradasının sevilən ifaçılarının repertuarında yer alan çoxsaylı məşhur mahnılara bəstələr yazıb. Onun əsərlərini Azərbaycanın Xalq və Əməkdar artistləri, eləcə də tanınmış estrada müğənniləri ifa ediblər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin