“Elit Polo Club” Böyük Britaniya təmsilçisini məğlub etdi

12.09.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində növbəti yarımfinal matçı baş tutub.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi "Elit polo club" Böyük Britaniyanın "Red Star" komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan klubunun 9:7 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, günün ilk yarımfinal görüşündə İsveçrə təmsilçisi "Sankt Mortiz" Rusiyanın "Moscow polo club" komandasını 6:4 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan təmsilçisi sabah finalda "Sankt Mortiz"lə qarşılaşacaq. Böyük Britaniya və Rusiya komandaları isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью