Elitaya yeni baş məşqçi ilə

17.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Türkiyə Super Liqasına vəsiqə qazanan “Kocaelispor”un yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Andre Breytenreyterə tapşırılacaq. Bu barədə “Ajansspor” məlumat yayıb. Tərəflər arasında artıq ilkin razılaşma olduğu bildirilir.

51 yaşlı mütəxəssis karyerası ərzində “Sürix”, “Hoffenhaym”, “Haddersfild” və “Hannover”də işləyib.

“Kocaelispor”u Super Liqaya yüksəldən İsmet Taşdemir bir müddət əvvəl istefa verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью