Əlixan Rəcəbov: Ailəmizdə artım olacaq VİDEO

24.04.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanlı aktyor, rejissor Əlixan Rəcəbov paylaşımı ilə diqqət çəkib.

Ölkə.Az xəbər verir ki, o sosial şəbəkələrədə paylaşım edərək ailəsində artım olacağını bildirib.

Sosial şəbəkə istifadəçiləri paylaımı gördükdən sonra Ə.Rəcəbovun ata olacağını düşünüb.

Daha sonra aktyor sfinks cinsi pişiyi ilə video paylaşıb:

“Yüz min adam məni səhv başa düşüb. Bütün qohumlara car çəkiblər ki, gözünüz aydın. Ailəmizin yeni üzvü. Dünyanın ən mehriban pişiyi. Qaldı adını fikirləşmək”, - deyə o əlavə edib. 

Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью