Icma.az, Moderator.az portalına istinadən məlumat verir. “Öz işimdən, taleyimdən razıyam. Lazım olmuşamsa çəkilmişəm.
“Tütək səsi” filmində balaca bir rolum var. Amma Cümrüdür ee bu! Onu mən heç bir baş rola dəyişmərəm.
Almaniyanın kino akademiyasının məzunu bir film çəkirdi. Filmin adı “Tabutdüzəldənin yelləncəyi” idi.
O film Los Ancelesdə tələbə “Oskar”-ı aldı. Sevinirəm ki, mən də orada baş roldayam.
“Baladadaşım ilk məhəbbəti” filmi kimi bu da diplom işi idi. Elxan Cəfərovun iki filmində çəkilmişəm. Biri roldur, biri də böyük epizod.
O qədər sevirəm ki, həmin epizodu” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib.
O daha sonra əlavə edib: “Bu günki filmlərə baxanda biz aktyorlar yığışıb rejissora nəsə deyə bilərik. Birinci dəfə deyil ki, çəkilirəm.
Bu yaxınlarda “Heykəlin sirri” adlı filmdə çəkildim. Ssneari özü-özlüyündə çox xoşuma gəlmişdi. İndi bilmirəm rejissor onu necə çəkib?