Əliyar Ağayev Arsenal ın oyunun! təyinat aldı

02.11.2025

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Qaynarinfo-nun məlumatına görə, o, Çexiyada yerli "Slaviya" və İngiltərənin "Arsenal" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Slaviya" - "Arsenal" oyunu noyabrın 4-də baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью