Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

26.11.2024

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.
“Ə. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq”. – məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью