Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

26.11.2024

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Ferentsvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью