Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

31.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Modern.az xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.

Referiyə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma avqustun 6-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью