Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb

04.11.2024

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью