Əliyar Ağayev DÇ 2026 nın seçmə mərhələsinin oyununa təyinat alıb

09.06.2025

Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

O, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

Görüş iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçiça” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью